Bakı. Trend:
Entso Mareska “Çelsi”nin baş məşqçisi olmağa razılıq verib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Lester”in çalışdırıcısı yayda klubunu dəyişdirməyə hazırdır.
Tərəflər müqavilənin müddətini müzakirə edirlər. Anlaşma 2+1 və ya 3 illik olacaq.
Qeyd edək ki, “Çelsi” təyinatın gerçəkləşməsi üçün “Lester”lə kompensasiyanın məbləğini razılaşdırmalıdır.