...

"Sumqayıt" legioneri ilə yollarını ayırıb

İdman Materials 31 May 2024 17:56 (UTC +04:00)

Bakı. Trend:

“Sumqayıt” Erik Sorqa ilə vidalaşıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, estoniyalı futbolçu ilə başa çatan müqavilə uzadılmayıb.

Klub hücumçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Sorqa ötən mövsümün əvvəlindən “Sumqayıt”a gəlib və Premyer Liqanın 27, kubokun 3 matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti