...

"Beşiktaş"a niderlandlı məşqçi rəhbərlik edəcək

İdman Materials 5 İyun 2024 23:32 (UTC +04:00)

Bakı. Trend:

"Beşiktaş"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandaya niderlandlı mütəxəssis Covanni van Bronkhorst rəhbərlik edəcək.

Klubdan verilən məlumata görə 50 yaşlı mütəxəssislə 2+1 illik rəsmi müqavilə imzalanacaq. Covanni van Bronkhorstun ilədiyi son klub Şotlandiya "Reyncers"i olub. O, komanda ilə 2022-ci ildə yollarını ayırıb. Bundan başqa, məşqçi "Feyenoord" (Niderland) və "Quanqjou" (Çin) klublarında fəaliyyət göstərib.

Qeyd edək ki, Bronkhorst "Feyenoord"a (2016/2017) ölkə çempionu titulunu qazandırıb, "Reyncers"lə (2021/22) Avropa Liqasının finalında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti