...

“Zirə” bombardirini qaytarıb

İdman Materials 13 İyun 2024 17:17 (UTC +04:00)

Bakı. Trend:

“Sabah”la yollarını ayıran Davit Volkov “Zirə”yə qayıdıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bakı təmsilçisi gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 - 2022-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub.

Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti