...

AVRO-2024: İsveçrə Macarıstanı məğlub edib

İdman Materials 15 İyun 2024 19:01 (UTC +04:00)
AVRO-2024: İsveçrə Macarıstanı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün final mərhələsində növbəti matçlar keçirilir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionatın ikinci oyun günü Kölndə başlayıb.

A qrupunun matçında Macarıstanla İsveçrə üz-üzə gəlib. Qarşılaşmanın ilk hissəsi ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci 45 dəqiqədə macarlar fərqli azaltsalar da, əlavə edilmiş dəqiqələrdə qapılarından daha bir top buraxıblar. Nəticədə İsveçrə AVRO-2024-ə 3:1 hesablı qələbə ilə başlayıb.

Bu matçla qrupda I tura da yekun vurulub.

Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiyanı 5:1 hesabı ilə darmadağın edib.

AVRO-2024
Qrup mərhələsi, I tur
15 iyun, A qrupu
17:00. Macarıstan – İsveçrə - 1:3
Qollar:
Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12, Mişel Ebişer, 45, Brel Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Köln stadionu

Xəbər lenti

Xəbər lenti