Bakı. Trend:
Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə başlayıb.
Mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası, dövlət sərhəd xidmətinin süvarilər dəstəsinin numunevi cixislari və dsx ansamblının ifasında milli musiqilerimiz izləyicilər tərəfindən maraqla qarşılanıb.
Daha sonra bürünc medal uğrunda Özbəkistan və Nigeriya kollektivlərinin matçı start götürüb. Azərbaycan millisi isə finalda Mərakeş yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, çövkən üzrə dünya çempionatına iyunun 10-da start verilib