...

AVRO-2024: "Səbail"in baş məşqçisindən günün proqnozları

İdman Materials 19 İyun 2024 13:37 (UTC +04:00)
AVRO-2024: "Səbail"in baş məşqçisindən günün proqnozları

Bakı. Trend:

İlk oyundan sonra komandaların gücü az da olsa, bilindi.

Trend xəbər verir ki, bunu İdman.biz-ə "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis bu gün AVRO-2024 də keçiriləcək hər üç oyunu şərh edib.

Diniyevin sözlərinə görə, B qrupunda Xorvatiya - Albaniya qarşılaşmasında birincilər mütləq şəkildə qələbə qazanmalıdır: "Xorvatiyanın geriyə yolu qalmayıb. Əgər qrupdan çıxmaq istəyirsə, yaxşı oyun göstərməlidir. Fikrimcə, bugünkü matçda xorvatiyalılar qələbəyə daha çox yaxındılar".

O bildirib ki, A qrupunda ev sahibi Almaniyanın Macarıstanla sınağı heç də asan keçməyəcək: "Macarıstan startda cox zəif oynadığndan bu dəfə dişini göstərəcək. Düşünürəm ki, çətin qarşılaşma keçəcək. Lakin Almaniyanın qalib gələcəyinə inanıram".

O, eyni qrupun Şotlandiya - İsveçrə qarşılaşmasında ikinciləri üstün sayır: "İsveçrəlilər daha şanslı görünürlər. Amma şotlandlar da hələ öz sözünü deməyib. Məncə, İsveçrə qalib olacaq".

Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti