...

Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

İdman Materials 24 İyul 2024 05:49 (UTC +04:00)
Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

Bakı. Trend:

Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, turnirdə 100-dən çox cüdoçu 7 çəki dərəcəsində mübarizə aparacaq.

2024-cü ildə üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüquq əldə edəcəklər. Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. İstedadlı cüdoçular ölkənin müxtəlif yaş yığmalarına cəlb ediləcək.

Qeyd edək ki, ACF kuboku Şağan Olimpiya İdman Kompleskdində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti