Bakı. Trend:
“Sumqayıt” avrokuboklarda növbəti oyununa çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan təmsilçimiz II təsnifat mərhələsinin cavab matçını keçirib.
Samir Abasovun yetirmələri Macarıstanda "Fehervar”la görüşüb. Evdə 1:2 hesabı ilə uduzan “Sumqayıt" səfərdə revanş almağa çalışıb. Amma təmsilçimizin səyləri nəticəsiz qalıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Qeyd edək ki, sabah "Zirə" səfərdə "Dunayska Streda", "Sabah" isə Bakıda Hayfa "Makkabi"si ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Fehervar” (Macarıstan) – “Sumqayıt” - 0:0