Bakı. Trend:
“Hesaba baxmayaraq hər iki oyun çətin keçdi”.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev deyib.
O, Konfrans Liqasının ll təsnifat mərhələsində “Dunayska Streda” ilə oyunları dəyərləndirib. Evdə 4:0, səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Zirə”nin yarımmüdafiəçisi mərhələni yaxşı analizin hesabına adladıqlarını bildirib.
23 yaşlı futbolçunun sözlərinə görə, rəqib heç də zəif olmayıb: “Verilən tapşırıqları düzgün yetirdik və layiqli qələbə qazandıq. Qələbə bütün komandanın idi. Hamı 100 faizin meydanda qoydu. Mərhələ adlamaqda hər birimizin payı var”.
O, Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”lə (Xorvatiya) qarşılaşmanın da gərgin keçəcəyini deyib: “Rəqibi az da olsa, tanıyırıq. Lakin daha çox analiz edəcəyik. Zəif tərəflərindən düzgün istifadə etməliyik. Bizi gərgin oyun gözləyir”.
Qeyd edək ki, "Zirə" və "Osiyek" arasında ilk oyun avqustun 8-də Xorvatiyada, cavab matçı 1 həftə sonra Bakıda olacaq.