Bakı. Trend:
Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında ilk dəfə təmsil edəcək qadın futbolçulardan ibarət “Neftçi” klubu mübarizəyə başlayacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci təsnifat mərhələsində ilk rəqibi Avstriyanın “Sankt-Pölten” klubudur.
Görüş Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək.
UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat
mərhələsi
4 sentyabr
“Sankt-Pölten” – “Neftçi”
Baş hakim: Yelena Kumer (Xorvatya)
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç
(Xorvatya), Fransesko Di Monte (İtaliya)
Dördüncü hakim: Mariya Marotta (İtaliya)
Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat
18:00
Qeyd edək ki, “Neftçi”nin yer aldığı qrupun digər rəqibləri Albaniyanın “Vlajniya” və Gürcüstanın “Lançxuti” klublarıdır.