Bakı. Trend:
Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyə çıxır.
Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adı uğrunda mübarizə aparır.
Avropa çempionatı
Oğlanların yarışı
60 kq
Nizami İmranor 1/8 final finalda mübarizəyə başlayıb. O Françesko
Sampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib.
Nizaminin 1/4 finalda rəqibi serbiyalı Marko Yorgiç olacaq.
Qızların yarışı
48 kq
Könül Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyolla
qarşılaşacaq.
Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan
(Ukrayna) üstün olub. O, 1/8 finalda Sammer Şovla (Böyük Britaniya)
qarşılaşacaq.
52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı Alissi
Pulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya da
qalib gəlib. Xədicənin 1/4 finalda rəqibi Mikaela Skiakovelli
olacaq.
57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.
Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub. O, 1/8 finalda Yevgeniya Qaiçlə (Sloveniya) güləşəcək.