Bakı. Trend:
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin ikinci günündə komandaların üçüncü sərbəst yürüşü başa çatıb.
Trend xəbər verir ki, 10 komandanın iştirak etdiyi yürüşdə ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.
"Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris isə üçüncü olub.
xxx
12:30
Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri start götürüb.
Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.