...

"Formula 1" komandalarının sıralama turu başa çatdı (FOTO) (ƏLAVƏ EDİLİB)

İdman Materials 14 Sentyabr 2024 16:59 (UTC +04:00)
"Formula 1" komandalarının sıralama turu başa çatdı (FOTO) (ƏLAVƏ EDİLİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Formula 1" Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sıralama turu başa çatıb.

Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edib. Ən yaxşı nəticəni “Scuderia Ferrari” komandasının pilotu Şarl Leklerk göstərib.

Sonrakı yerlərdə isə “McLaren” komandasının pilotu Oskar Piastri və “Scuderia Ferrari” komandasının pilotu Karlos Sainz qərarlaşıb.

xxx

16:00

"Formula 1" Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sıralama turu start götürüb.

Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Xəbər lenti

Xəbər lenti