Bakı. Trend:
Bu gün Budapeştdə Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması son turda Braziliya ilə qarşılaşıb.
Görüş zəka sahiblərimiz üçün uğurlu alınıb. Komandamız 3:1 hesabı ilə qalib gəlib. Yığmamız yarışda 7 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 2 dəfə uduzub. Bu nəticə ilə ölkəmiz 16 xal toplayıb.
Qadın şahmatçılarımız isə lider Hindistanla münasibətlərə aydınlıq gətirib. Görüş rəqibin üstünlüyü ilə keçib və millimiz olimpiadada 2-ci dəfə uduzub. Yekunda 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətə imza atan millimiz turniri 15 xalla yekunlaşdırıb.
xxx
16:37
Bu gün Budapeştdə Ümumdünya Şahmat Olimpiadası başa çatır.
Trend-in İdman.biz-ə istinadən verdiyi məlumatına görə, bir gün əvvəl Kubanı məğlub edən Azərbaycanın kişilərdən ibarət yığması bugün Braziliyanı məğlub edib.
Daha əvvəl Monqolustana qalib gələn qadınlardan ibarət yığma Hindistanla qarşılaşacaq.
xxx
09:47
Bu gün Budapeştdə Ümumdünya Şahmat Olimpiadası başa çatır.
Trend İdman.biz-ə istinadən məlumatına görə, bir gün əvvəl Kubanı məğlub edən Azərbaycanın kişilərdən ibarət yığması 11-ci turda Braziliya ilə qarşılaşacaq.
Monqolustana qalib gələn qadınlardan ibarət yığma isə Hindistanla qarşılaşacaq.