...

Seçmə komandamız növbəti beynəlxalq yarışa yollanıb (FOTO)

İdman Materials 13 Oktyabr 2024 12:45 (UTC +04:00)
Seçmə komandamız növbəti beynəlxalq yarışa yollanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stolüstü tennisçilərimiz bu gün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, seçmə komandamız Dubayda təşkil olunacaq növbəti “WTT Youth Contender” turnirində iştirak edəcək.

Budəfəki yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq.

Qeyd edək ki, sabah start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti