Bakı. Trend:
Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə dönüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.
Tiranada keçirilən yarışda 3 qızıl medal qazanan yunan-Roma güləşi millimiz yekunda 85 xal toplayaraq birinci olub.
Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub.