Bakı. Trend:
Futbol üzrə Almaniya Bundesliqasında IX tura start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Son çempion “Bayer” doğma meydanda “Şturqart”ı sınağa çəkib. Matçda qapılara qol vurulmayıb.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Leverkuzen təmsilçisi 3-cü pillədə qərarlaşıb. 13 xalı olan “Ştutqart” isə 7-cidir.
Qeyd edək ki, turun digər oyunları noyabrın 2-3-də keçiriləcək.