...

UEFA Mourinyonu cəzalandırdı

İdman Materials 2 Noyabr 2024 11:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Trend xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə matçda qırmızı vərəqə almasıdır.

Ona görə də UEFA İntizam Komitəsi Mourinyoya 1 oyunluq cəza verib. O, Liqa mərhələsinin 4-cü turunda "AZ Alkmaar" ilə oyunda komandasının yanında ola bilməyəcək.

Həmçinin Avropanın ali futbol qurumu "Fənərbağça"nı 29 in avro cərimələyib. Buna səbəb isə "Mançester Yunayted"lə matçda azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlamasıdır.

Xəbər lenti

Xəbər lenti