Bakı. Trend:
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın gələcəyi ilə bağlı planlar bəlli olub.
Trend-in məlumatına görə, bu barədə “Athletic” nəşri xəbər yayıb.
Klub rəhbərliyi düşünür ki, Qvardiola 2025-ci ilin yayında başa çatacaq mövcud müqaviləsindən sonra daha bir mövsüm komandada qalacaq. Daha sonra isə məşqçinin Braziliya millisini 2030-cu il dünya çempionatına hazırlayacağı gözlənilir.
Məlumata görə, Qvardiola Braziliya Futbol Konfederasiyasının təklifinə müsbət yanaşır. 53 yaşlı mütəxəssis, "Mançester Siti"nin maliyyə ədalətli oyun qaydaları ilə bağlı məsələlər tam aydınlaşmadan qərar verməyi düşünmür.