Bakı. Trend:
McLaren komandasının britaniyalı pilotu Lando Norris "Formula 1" dünya çempionatının final mərhələsi olan 24-cü yarışın – Abu Dabi Qran Prisinin seçmə mərhələsində birinci yeri tutub.
Trend xəbər verir ki, yarış "Yas Marina Circuit" trasında keçirilir.
McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri ikinci, Ferrari komandasının ispaniyalı pilotu Karlos Sayns isə üçüncü yerdə qərarlaşıb. Əsas yarış dekabrın 8-də baş tutacaq.
Qeyd edək ki, fərdi yarışın qalibi artıq müəyyənləşib. Red Bull komandasının hollandiyalı pilotu Maks Verstappen Las-Veqasda keçirilən 22-ci mərhələnin nəticələrinə əsasən ardıcıl dördüncü dəfə dünya çempionu olub.