...

İngiltərənin nəhəng klubları ukraynalı futbolçunu transfer etmək istəyir

İdman Materials 7 Dekabr 2024 21:37 (UTC +04:00)
İngiltərənin nəhəng klubları ukraynalı futbolçunu transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Şaxtyor"un yarımmüdafiəçisi Georgiy Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Trend xəbər verir ki, İngiltərə nəhəngləri "Liverpul" və "Tottenhem" ukraynalı futbolçunu heyətlərinə qatmaq üçün ciddi maraq göstərir. Bu barədə məşhur Mirror nəşri məlumat yayıb.

İki Premyer Liqa klubu 22 yaşlı yarımmüdafiəçini yanvar ayında transfer etmək üçün Ukrayna klubuna rəsmi təkliflə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Georgiy Sudakov "Şaxtyor"un yetirməsidir və Ukrayna millisinin üzvüdür. Bu mövsüm Donetsk təmsilçisinin heyətində 21 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti