...

"Şamaxı" iki futbolçusu ilə yollarını ayırdı

İdman Materials 9 Dekabr 2024 23:41 (UTC +04:00)
"Şamaxı" iki futbolçusu ilə yollarını ayırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Şamaxı" futbol klubu iki oyunçusu ilə müqavilələrə xitam verib.

Trend xəbər verir ki, müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yollar ayrılıb.

Klubdan verilən məlumata görə, ayrılmanın səbəbləri ilə bağlı hər hansı bir açıqlama verilməyib. Klubdan ümid edirlər ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti