...

"Beşiktaş" "Sivaspor"u məğlub edib - Türkiyə Superliqası

İdman Materials 8 Fevral 2025 23:37 (UTC +04:00)
"Beşiktaş" "Sivaspor"u məğlub edib - Türkiyə Superliqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu keçirilib.

Trend-in məlumatına görə, günün ilk matçında "Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü dəqiqədə penaltidən Joau Mario fərqlənib.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti