...

Şahmat üzrə ölkə çempionatında final mərhələsinin ilk oyunları keçirilib

İdman Materials 13 Fevral 2025 21:42 (UTC +04:00)

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

Trend xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.

Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

Xəbər lenti

Xəbər lenti