...

Futbolda qapıçılarla bağlı yeni qaydalar tətbiq ediləcək

İdman Materials 1 Mart 2025 20:56 (UTC +04:00)
Futbolda qapıçılarla bağlı yeni qaydalar tətbiq ediləcək

Bakı. Trend:

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçının topu özündə saxlaması ilə bağlı oyun qaydalarına dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

Yeni qaydalar 2025/26 mövsümündə qüvvəyə minəcək.

Yeni təlimatlara əsasən, "səkkiz saniyə qaydası" tətbiq edilir. Qapıçı topu səkkiz saniyədən çox əlində saxlayırsa, rəqibə künc zərbəsi təyin ediləcək. Əvvəllər “altı saniyə qaydası” qüvvədə idi və ona əsasən, rəqibin xeyrinə sərbəst zərbə təyin edilirdi. Yeni təlimatlar oyun vaxtını uzatmaqla mübarizə aparmaq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti