...

AFFA “Neftçi”nin futbolçusunu iki oyunluq cəzalandırıb

İdman Materials 3 Mart 2025 14:05 (UTC +04:00)
AFFA “Neftçi”nin futbolçusunu iki oyunluq cəzalandırıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Trend xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Araz-Naxçıvan” matçında ev sahibi komandadan 5 futbolçu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Həmçinin “qartallar”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” daha 500 manat ziyana düşüb.

“Neftçi” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub isə 1500 manat cərimələnib.

Xəbər lenti

Xəbər lenti