Premyer Liqa: "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib

İdman Materials 8 Mart 2025 21:03 (UTC +04:00)
Premyer Liqa: "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşıb.

Trend xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan görüşdə "Qarabağ" 3-1 hesabı ilə qələbə qazanıb.

Oyunda qolları F. Santos (35`), N. Axundzadə (44`), L. Andrade (77`) və E. Addai (90+5`) vurublar.

“Qarabağ” hazırda turnir cədvəlində 63 xalla lider mövqeyindədir. Məğlubiyyətə baxmayaraq “Araz-Naxçıvan” turnir cədvəlində üçüncüdür.

XXX

09:19

Misli Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşacaq.

Trend xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq və Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.

“Qarabağ” hazırda turnir cədvəlində 60 xalla lider mövqeyindədir. Üçüncü pillədə olan “Araz-Naxçıvan”ın isə 46 var.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

8 mart

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Anar Salmanov.

"Liv Bona Dea Arena"

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti