...

Florian Virts və Morqan Gibbs-Uayt "Mançester Siti"nin siyahısında

İdman Materials 9 Aprel 2025 04:39 (UTC +04:00)
Florian Virts və Morqan Gibbs-Uayt "Mançester Siti"nin siyahısında
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Siti" klubunun rəhbərliyi mövsümün sonunda komandadan ayrılması gözlənilən Kevin De Bruyneni əvəz edə biləcək futbolçuların axtarışını tamamlayıb.

Trend xəbər verir ki, "şəhərlilər" Belçikalı ulduzun yerini "Bayer"də çıxış edən Florian Virts və "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytla doldurmağı planlaşdırır.

Hər iki futbolçunun namizədliyini komandanın baş məşqçisi Xosep Qvardiola da təsdiqləyib.

Statistikaya əsasən, 2023/24 mövsümündə Florian Virts bütün turnirlərdə 39 oyunda meydana çıxaraq 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Morqan Gibbs-Uayt isə 30 matçda 5 qol və 9 ötürmə ilə yadda qalıb.

De Bruynenin komandadan ayrılacağı ilə bağlı xəbərlər fonunda "Mançester Siti"nin bu iki yarımmüdafiəçiyə marağı klubun gələcək quruculuq planlarının bir hissəsi kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti