Bakı. Trend:
Yunanıstanın Rodos adasında keçirilən qadınların şahmat üzrə Avropa çempionatı bir günlük fasilədən sonra davam edir.
Trend-in məlumatına görə, yarışın 8-ci turunda Azərbaycan şahmatçıları uğursuz nəticə göstərib. Səkkiz təmsilçimizdən yalnız biri - Səbinə İbrahimova, İngiltərə təmsilçisi Lan Yaoyə üzərində qələbə qazanıb.
Çempionatda ən yüksək xal toplayan şahmatçılarımızdan Gülnar Məmmədova ilə Gövhər Beydullayeva qarşılaşıb və onların dueli heç-heçə nəticələnib.
Ən yüksək nəticə Gülnar Məmmədovaya məxsusdur. 5 xal toplayan şahmatçımız 10-cu yerdə qərarlaşıb və liderdən 1,5 xal geridədir.
Yarışda qalib gələn ilk 10 şahmatçı Dünya kubokuna vəsiqə qazanacaq.
Çempionatda ümumilikdə 34 ölkədən 137 şahmatçı iştirak edir.
8-ci tur
Gülnar Məmmədova - Gövhər Beydullayeva - 0,5:0,5
Səbinə İbrahimova - Lan Yao (İngiltərə) - 1:0
Ayan Allahverdiyeva - Kesariya Mqeladze (Gürcüstan) - 0:1
İnna Qapanenko (Ukrayna) - Nərmin Abdinova - 0,5:0,5
Elif Zeren Yıldız (Türkiyə) - Ülviyyə Fətəliyeva - 0,5:0,5
Türkan Məmmədyarova - Bodhana Sivanandan (İngiltərə) - 1:0
Ana Silva (Portuqaliya) - Lalə Hüseynova - 0,5:0,5
