Bakı. Trend:
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.
Trend xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adına aydınlıq gələcək.
"Aston Villa" ilk görüşdə 1:3 hesabı ilə uduzduğu PSJ-ni qəbul edəcək. "Barselona" isə 1 həftə əvvəl 4 cavabsız qolla qalib gəldiyi Dortmund "Borussiya"sının qonağı olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
15 aprel
23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 0:4
16 aprel
23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)
23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
Yarımfinal cütləri:
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya) / PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) / "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya
