...

Rauf Məmmədov “Grenke Chess Festival”ında mübarizəni davam etdirir

İdman Materials 20 Aprel 2025 02:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada keçirilən “Grenke Chess Festival” şahmat turnirində 5 tur geridə qalıb.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Rauf Məmmədov turnirdə 4 xal toplayaraq hazırda 12-ci pillədə qərarlaşıb. Digər qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov və Faiq Əsgərov isə müvafiq olaraq 3-cü və 4-cü turdan sonra yarışdakı çıxışlarını başa vurublar.

Turnirə maksimum nəticə ilə dünyanın 1 nömrəli şahmatçısı Maqnus Karlsen liderlik edir.

Eyni zamanda, “Grenke Chess Open” turnirində çıxış edən Məhəmməd Muradlı uğurlu seriya nümayiş etdirir. Gənc şahmatçımız indiyə qədər keçirdiyi bütün partiyalarda qalib gələrək liderliyə yüksəlib. Təəssüf ki, son iki turda cəmi yarım xal toplayan Eltac Səfərli isə liderlər qrupundan geri düşərək 124-cü pilləyə enib.

Xəbər lenti

Xəbər lenti