Bakı. Trend:
Türkiyənin "Fatih Karagümrük" klubunun yeni baş məşqçisi məlum olub.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Super Liqa təmsilçisini Aleksandar Stanoyeviç çalışdıracaq. İstanbul klubu serbiyalı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksandar Stanoyeviçin son iş yeri ölkəsində "Partizan" olub.