Bakı. Trend:
Türkiyənin “Beşiktaş” futbol klubu Ozan Can Kökçünü transfer hədəflərinə daxil edib.
Trend-in məlumatına görə, hazırda Niderlandın “Volendam” klubunda oynayan futbolçu İstanbul təmsilçisinə keçməyə müsbət baxır və bu transferin reallaşmasını arzulayır.
Qeyd edək ki, Ozan Can Kökçünün kiçik qardaşı Orkun Kökçü artıq “Beşiktaş”da çıxış edir. Ozan Can Kökçü Azərbaycan milli komandasının üzvüdür və indiyədək yığmamızın heyətində 14 oyuna çıxıb.