...

Millimiz Gürcüstanla qarşılaşacaq

İdman Materials 4 Fevral 2026 15:47 (UTC +04:00)
Millimiz Gürcüstanla qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 millimiz hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti