Bakı. Trend:
"Mingəçevir" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, I Liqa təmsilçisi "Zirə"dən Fuad Bayramovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Mingəçevir"in formasını geyinəcək.
Qeyd edək ki, Fuad Bayramov 2024-cü ilin yayından "Zirə"də çıxış edir. Təcrübəli futbolçu mövsümün ilk yarısında "qartallar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
