...

“Sabah” – “Qəbələ” matçında qalib müəyyənləşmədi - Azərbaycan Kuboku

İdman Materials 4 Fevral 2026 21:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” və “Qəbələ” komandaları arasında keçirilən ilk oyun heç-heçə ilə başa çatıb.

Trend-in məlumatına görə, “Bank Respublika Arena”da baş tutan qarşılaşmada tərəflər bir-birinə qol vura bilməyib və görüş 0:0 hesabı ilə yekunlaşıb.

Cavab oyunu mart ayının əvvəlində keçiriləcək və yarımfinala vəsiqənin sahibi həmin matçdan sonra bəlli olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki oyununda “Sumqayıt” və “Zirə” komandalarının qarşılaşmasında da hesab açılmayıb. Fevralın 5-də isə bu mərhələ çərçivəsində “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti