Bakı. Trend:
“Napoli”nin müdafiəçisi və kapitanı Covanni Di Lorentso yaxın vaxtlarda əməliyyat olunacaq.
Trend xəbər verir ki, futbolçu A Seriyasının 23-cü turunda “Fiorentina”ya qarşı keçirilən və “Napoli”nin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda zədə alıb və 30-cu dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.
Klubun rəsmi saytının məlumatına görə, sol diz zədəsindən tam sağalmaq üçün tələb olunan müddət nəzərə alınaraq, klubla razılıq əsasında Covanni Di Lorentso yaxın bir neçə saat ərzində sol ayağından əməliyyat ediləcək.
Qeyd edək ki, Covanni Di Lorentso cari mövsümdə A Seriyasında “Napoli”nin bütün oyunlarında iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
