...

“İnter” azarkeşlərinin fişəng hücumu səbəbindən 50 min avro cərimələndi

İdman Materials 5 Fevral 2026 05:32 (UTC +04:00)
“İnter” azarkeşlərinin fişəng hücumu səbəbindən 50 min avro cərimələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“İnter A Seriyasının 23-cü turunda “Kremoneze” ilə oyunda baş verən insidentə görə 50.000 avro cərimə olunub.

Trend xəbər verir ki, oyun milanlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda “İnter” azarkeşləri “Kremoneze”nin qapıçısı Emil Auderoya fişəng atıblar. Nəticədə 29 yaşlı italiyalı futbolçu ayağından xəsarət alıb və sağ qulağında eşitmə problemi yaranıb.

İdman Məhkəməsi “İnter”i yalnız tüstü bombası və fişəng kimi pirotexniki vasitələrdən istifadə etməsinə görə deyil, həm də Auderonun şoka düşməsinə və oyunun dayandırılmasına səbəb olan bu cür əşyalarla rəqib oyunçuya zərbə endirdiyinə görə cərimələyib. Məhkəmə qərarını verərkən hadisənin törədilməsinə məsul olan şəxslərin müəyyən edilməsində, həmçinin oyun zamanı və oyundan sonra futbolçuları meydandakı hadisələrdən qorumaq üçün görülən tədbirləri nəzərə alıb.

Əvvəlki məlumatlara görə, fişəng hadisəsindən sonra “İnter” azarkeşlərinə komandalarının A Seriyasındakı növbəti üç səfər oyununa qatılması qadağan ediləcək.

Xəbər lenti

Xəbər lenti