Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq.
Trend xəbər verir ki, günün ilk oyununda “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Görüş saat 14:30-da start götürəcək.
Günün ikinci və son qarşılaşmasında isə “Turan Tovuz” öz arenasında “Kəpəz”lə üz-üzə gələcək. Bu oyun saat 19:00-da başlayacaq.
