...

Vali: Azərbaycanlı turistlərin Antalyaya marağının daha da artması üçün işlər aparılacaq (Özəl)

İqtisadiyyat Materials 8 Sentyabr 2016 12:31 (UTC +04:00)
Azərbaycanlı turistlərin Antalyaya marağının daha da artması üçün işlər aparılacaq- Antalya valisi (Özəl)
Vali: Azərbaycanlı turistlərin Antalyaya marağının daha da artması üçün işlər aparılacaq (Özəl)

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycanlı turistlərin Antalyaya marağının daha da artması üçün işlər aparılacaq. Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Antalya vilayətinin valisi Münir Karaloğlu bildirib.

Vali M.Karaloğlu qeyd edib ki, Azərbaycandan Antalyaya gələn turistlərin sayı hər il artmaqdadır: "2016-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Antalyaya ümumilikdə 35 min 674 turist gəlib”.

Valinin sözlərinə görə, 2012-ci ildə Azərbaycandan Antalyaya 20 min 126, 2013-cü ildə 23 min 486, 2014-cü ildə 34 min 834 turist gəlib.

M.Karaloğlu bildirib: “Azərbaycanlı qardaşlarımız əsasən ölkənin mədəniyyət paytaxtımız olan İstanbulu ziyarət edirlər. İstəyimiz odur ki, azərbaycanlı qardaşlarımızın başda Antalya olmaqda, digər şəhərlərə də maraqlarını artıraq. Bunun üçün qarşıdakı illərdə həm ölkə, həm də valilik olaraq işlərimizi davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti