...

"Uber" Bakıda münasib qiymətə yüksək komfortlu xidmət istifadəyə verir

İqtisadiyyat Materials 9 Sentyabr 2016 11:51 (UTC +04:00)

Bakı. Trend:

Bu gün şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda yüksək komfortlu avtomobillərlə gedişi təmin edəcək “UberSELECT” servisini istifadəyə verib. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni məhsul münasib qiymətə geniş və rahat avtomobilləri, həmçinin yüksək səviyyəli xidməti üstün tutan istifadəçilərə yönəldilib.

Bakıda “UberSELECT”lə gediş haqqı bu cür hesablanacaq: avtomobilin sifariş olunan məkana çatdırılması üçün 0,80 AZN, hər dəqiqə üçün – 0,03 AZN, hər kilometr üçün – 0,40 AZN. Yüksək komfortlu avtomobildə şəhər daxilində minimal gediş haqqı 2,5 AZN təşkil edəcək. Bakı istifadəçiləri üçün “UberSELECT” avtomobilləri sırasında “Kia Optima”, “Hyundai ix35”, “Toyota Camry”, “Ford Mondeo”, “Mazda 6”, “Skoda Octavia” və bu kimi digər modellər yer alır.

“UberSELECT” xidmətindən istifadə etmək üçün ekranın aşağısındakı slayderi sadəcə tərpətmək lazımdı.

“Bakı – şəhər sakinlərin tələbatına maksimal şəkildə uyğunlaşdırılmış xidmətə malik olan “Uber” üçün xüsusi şəhərdir. Bu ilin əvvəlindən etibarən əsas xidmətimiz olan “uberX”in qiymətini əhəmiyyətli dərəcədə endirdik və hazırda Bakıda şəhər daxilində avtomobil ilə hərəkət etmək üçün bundan münasib vasitə yoxdur. Bu ilin iyulunda əlavə olaraq nağd ödəniş opsiyasını da təqdim etdik ki, servisdən daha geniş kütlə istifadə edə bilsin. Bu gün isə istifadəçilərimiz üçün münasib qiymətə olan tam yeni səviyyədə xidmət təklif edəcək əlavə servisi istifadəyə verdik”, - deyə MDB regionunda “Uber”in baş meneceri Aleksey Stax qeyd edib.

Yeni məhsulun Bakıda istifadəyə verilməsi münasibəti ilə “Uber” öz istifadəçilərinə güzəştlər təqdim edir: noyabrın 15-dək “BAKUSELECT” promokodundan istifadə etdikdə istifadəçilər “UberSELECT”də 10 gediş üçün 20% güzəşt əldə edəcəklər. Hər gediş zamanı güzəştin maksimal məbləği 1,5 AZN təşkil edəcək.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

“Uber” şirkəti haqqında:
“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti