...

“Azəravtoyol”un yeni istehsalat bazası fəaliyyətə başlayıb (FOTO/VİDEO)

İqtisadiyyat Materials 23 Sentyabr 2016 14:53 (UTC +04:00)
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni istehsalat bazası fəaliyyətə başlayıb.
“Azəravtoyol”un yeni istehsalat bazası fəaliyyətə başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni istehsalat bazası fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə “Azəravtoyol”dan məlumat verilib.

Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. İstehsalat bazasına keçirilən baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və digər nümayəndələr iştirak ediblər. Bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına da baxış keçirilib. Məlumat verilib ki, asfalt-beton qarışığı istehsal edən Lintec-3000 zavodu Almaniya istehsalıdır və saatda istehsal gücü 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

Bundan başqa, asfalt zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.

Qeyd edək ki, ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyyat material da toplanıb.

İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burda asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.

Daha sonra ərazidə fəaliyyət göstərən labaratoriyaya baxış keçirilib. Labaratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün labaratoriya Avropa istehsalı xüsusi avadanlıqlarla təchiz edilib.

İstehsalat bazasına girib-çıxan bütün yük maşınlarının yoxlanılması üçün kompyuterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti