...

Sentyabrda 7 quyu mədənçilərə təhvil verilib

İqtisadiyyat Materials 4 Oktyabr 2016 14:47 (UTC +04:00)
Bu ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12335 metr qazma işi həyata keçirilib.
Sentyabrda 7 quyu mədənçilərə təhvil verilib

Bakı. Trend:

Bu ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12335 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 11570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86583 metr qazma işi görülüb ki, bunun da 84518 metri istismara, 2065 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti