...

Muğanbank ipoteka portfelini 2 dəfə artırdı

İqtisadiyyat Materials 5 Oktyabr 2016 10:20 (UTC +04:00)
“Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış (20.12.2006-cı il tarixli) xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfeli “Muğanbank” ASC–yə ötürülüb.
Muğanbank ipoteka portfelini 2 dəfə artırdı

Bakı. Trend:

“Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış (20.12.2006-cı il tarixli) xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfeli “Muğanbank” ASC–yə ötürülüb. Bankdan Trend-ə verilən məlumata görə, “Muğanbank” ASC 2000 nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlir.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti