...

Azərbaycan "İntermodal Europe 2016" beynəlxalq nəqliyyat və logistika sərgisində təmsil olunub(FOTO)

İqtisadiyyat Materials 18 Noyabr 2016 13:31 (UTC +04:00)
Rotterdamda nəqliyyat və loqistika şirkətləri arasında nüfuz qazanan “İntermodal Europe 2016” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib.
Azərbaycan "İntermodal Europe 2016" beynəlxalq nəqliyyat və logistika sərgisində təmsil olunub(FOTO)

Bakı. Trend:

Niderland Krallığının Rotterdam şəhərində nəqliyyat və loqistika şirkətləri arasında nüfuz qazanan “İntermodal Europe 2016” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbirdə TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiuma daxil olan şirkətlər: "ADY Express" MMC (Azərbaycan), "ACSC Logistics" MMC (Azərbaycan), "KTZ Express" (Qazaxıstan) və "GR Logistics&Terminals" (Gürcüstan) TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təqdim ediblər.

Vahid stendlə sərgidə iştirak edən konsorsium iştirakçıları nəqliyyat sahəsində imkanlarını təqdim ediblər. Xəzər regionundan keçməklə, Çindən Türkiyə və Avropa ölkələri istiqamətində yükdaşımalar həyata keçirmək üçün TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin yaratdığı imkanlar, yüklərin nəql edilməsində yeni texnologiyalar və çatdırılma vaxtı səgri iştirakçıları və qonaqlar tərəfindən böyük marağa səbəb olub. Sərgi çərçivəsində dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilib və danışıqlar aparılıb. “İntermodal Europe 2016” sərgisi bir daha TBNM layihəsinin dəyərini göstərməklə qlobal yükdaşımalar sistemində mültimodal nəqliyyat sisteminin üstünlüyünü bir daha sübut etdi.

Bundan başqa, sərgi çəçivəsində TransXəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun nümayəndələri “Yeni İpək yolu: Avropa ilə Çini birləşdirən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı biznes sessiya keçiriblər. Biznes sessiyada TransXəzər Beynəlxalq Nəqliyyat konsorsiumunun müşahidə şurasının sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, konsorsiuma daxil olan Azərbaycan, Qazaxstan və Gürcüstan şirkətlərinin nümayəndələri, Almaniyanın DB Cargo və DHL, İsveçrənin ASSTRA, Bolqarıstan, Rumıniya və Polşa yükdaşıyıcıların nümayəndələri çıxıiş ediblər. Konfrans zamanı TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqda, onun imkanları, həyata keçırılən infrastruktur layihələr, yükgöndərən və yükdaşımalarla məşğul olanlar üçün yaradılan şərait və perspektivlər haqqında ətraflı məlumatlar çatdırılıb. Konfrasda çıxış edən DB Cargo, DHL və ASSTRA şirkətlərinin nümayəndələri konfrans iştirakçıları ilə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuyla yükdaşımalar həyata keçirmələri haqqında təcrübələrini bölüşüblər.

Tədbirlərdə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdim etdiyi yeni logistika məhsuluna, yükdaşımalar bazarında böyük marağın olduğu dəfələrlə qeyd edilib.

Qeyd edək ki, Rotterdamda təşkil olunan tədbirin təşkilatçısı Azərbaycanın “ADY Express” şirkətidir. Bundan əvvəl isə il ərzində bu cür tədbirlər Çinin Şanxay şəhərində “Transport Logistics China 2016” və Ukraynanın paytaxtı Kiyev şəhərində “TransUkraina 2016” sərgiləri çərçivəsində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti