...

“Azərişıq” qərb regionunda yenidənqurma işlərini davam etdirir (FOTO)

İqtisadiyyat Materials 7 Dekabr 2016 12:39 (UTC +04:00)
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən ölkənin qərb regionunda yenidənqurma işləri davam etdirilir.
“Azərişıq” qərb regionunda yenidənqurma işlərini davam etdirir  (FOTO)

Bakı. Trend:

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən ölkənin qərb regionunda yenidənqurma işləri davam etdirilir.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkəsində bu özünü açıq şəkildə biruzə verir. Ötən zaman ərzində rayonun paylayıcı elektrik şəbəkələri yenidən qurularaq ən müasir səviyyəyə çatdırılıb. Tədbirlər planına uyğun olaraq, yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejimi yaradılıb.

Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb.

Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyəti test edilərək sazlanıb və rele mühafizələri yoxlanılıb. 10/6/0.4 kV-luq EVX-lərdə 20.458 metr naqil yenisi ilə əvəzlənib. Fiziki və mənəvi cəhətdən köhnəlmiş 296 ağac dayaq dəmir-beton yeni dayaqlarla əvəzlənib. Əhmədabad inzibati ərazi dairəsinə daxil olan 8 kənddə 114 ədəd 10 kV-luq dəmir dirəklər basdırılıb və 8.300 metr hava xətti yenilənib.

Sərhəddə yerləşən Muncuqlu kəndi istiqamətində də böyük quruculuq işləri aparılıb. “Düyərli” dartı yarımstansiyasından qidalanan 4.550 metr məsafədə 10 kV-luq hava xətti dəyişdirilib,5.450 metr 0,4 kV-luq hava xətləri yenidən qurulub, 2016-cı il ərzində 34.400 metr məsəafəyə SİP kabel çəkilib. “Azərişıq” ASC tərəfindən 2016-cı ildə Tovuz rayonunda 26 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Bütövlükdə isə onların sayı 34 ədəddir.

Tovuz Elektrik Şəbəkəsinə daxil olan “Qandallar”, “Girzan”, “Tovuz” və “Qovlar” yarımstansiyaların elektrik avadanlıqlarında təmir və sazlanma işləri aparılıb. Müxtəlif gücə malik HEVX-lərdə texniki tədbirlər görülərək qışa hazırlıq mərhələsi başa vurulub. Hazırda Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan inzibati binanın tikintisi yekunlaşır. Yeni ofisin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

“Azərişıq” ASC Tovuz rayonunda istehlakçıların keyfiyyətli, dayanıqlı, təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün 2017-ci ildə də quruculuq işlərini davam etdirəcək. 2017-ci ildə 1 ədəd 35/10 kV-luq yarımstansiyanın tikilməsi, “Qovlar” və “Əhmədabad” yarımstansiyalarının təmiri və 20 ədəd KTM-in quraşdırılması nəzərdə tutulub. Bundan başqa, 12 ədəd hava xətləri SİP-ləşdiriləcək və istismara yararsız elektrik dayaqları yeniləri ilə əvəzlənəcək.
Tovuz Elektrik Şəbəkəsi əhaliyə verilən elektrik enerjisi haqlarının yığılmasında da öncüllər sırasındadır. Bu günə qədər enerji haqlarının yığılması 92,5 faiz səviyyəsinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti