Bakı. Elçin Mehdiyev - Trend:
Səhiyyə Nazirliyi dərman firmalarının əməkdaşlarının iş vaxtı xəstəxanalara gedib həkimlərlə sövdələşmə aparmasına qadağa qoyub.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin (SN) Əzçaçılıq subyektləri ilə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.
O qeyd edib ki, SN bu məsələlərə ciddi nəzarət edir və bu cür hallar aşkar olunduğu halda, lazımi tədbirlər görülür: “Əgər vətəndaşlar hansısa xəstəxanalarda bu cür hallarla rastlaşarsa, Səhiyyə Nazirliyinə müraciət edə bilər”.