...

Gəmiçilik növbəti Təqaüd Proqramını elan edir

İqtisadiyyat Materials 22 Fevral 2017 12:24 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan Dövlət Dəniz Akademiyası”nın daha iki tələbəsinin xarici ölkədə təhsil almasını maliyyələşdirəcək.
Gəmiçilik növbəti Təqaüd Proqramını elan edir

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan Dövlət Dəniz Akademiyası”nın daha iki tələbəsinin xarici ölkədə təhsil almasını maliyyələşdirəcək.

QSC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə 2017-ci il üzrə Təqaüd Proqramı elan olunub. Müraciət üçün IV kurs tələbəsi və ya məzun olmaq şərtdir.

Aşağıdakı sənədlər tələb olunur:

Dil sertifikatı
Şəxsiyyət vəsiqəsi
Diplom və qiymət cədvəli (transcript)
Diplomunu hələ almayanlar üçün qiymət cədvəli ilə birlikdə ADDA-nın məzunu olması barədə arayış
İki tövsiyə məktubu
Hərbi bilet və ya hərbi möhlət hüququ haqqında sənəd
Sağlamlıq haqqında arayış

Bununla yanaşı, ərizəçilər seçilmiş ali təhsil müəssisəsində tələb edilən xarici dili bilməli, oxuduğu müddətdə orta təhsil balı 80-dən yuxarı olmalı, təhsilini bitirdikdən sonra beş il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər. Arzu edənlər 2017-ci il martın 17-dək müraciət edə bilərlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi gənclər siyasətinə, o cümlədən yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanmasına, işə qəbul olunanların bilik və bacarıqlarına, Dəniz Akademiyasının maddi-texniki və kadr bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Gənclərin dənizçilik sahəsində qabaqcıl beynəlxalq təcrübəyə daha dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici dövlətlərin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə Təqaüd Proqramının təsis edilməsi də bu addımlardan biridir. Xatırladaq ki, sözügedən Təqaüd Proqramı iki ildir həyata keçirilir. Artıq Azərbaycan Dövlət Dəniz Akademiyasının dörd tələbəsi Gəmiçiliyin vəsaiti hesabına xarici ölkədə oxuyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti