...

"AtaBank" qadınlar arasında breyn-rinq yarışı keçirib (FOTO)

İqtisadiyyat Materials 7 Mart 2017 09:33 (UTC +04:00)
Martın 6-da “Excelsior Hotel Baku” otelində “AtaBank” ASC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyin-rinq yarışı keçirildi.
"AtaBank" qadınlar arasında breyn-rinq yarışı keçirib (FOTO)

Bakı. Trend:

Martın 6-da “Excelsior Hotel Baku” otelində “AtaBank” ASC-nin dəstəyi ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında breyin-rinq yarışı keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, Breyn-rinq yarışı “Parlaq zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirilib. Oyunda iştirakçıların cavablandırdığı suallar qadın dünyasına həsr olunub. Oyunun gedişində bayramın tarixi, dünya tarixində görkəmli qadınlar, qadınların cəmiyyətdə rolu və s. ilə əlaqədar maraqlı suallara cavablar səslənib.

Tədbirdə “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov iştirakçıları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik etmiş, onlara uğurlar arzulayıb. Qalib komandaya təşkilatçılar tərəfindən xatirə hədiyyələri və sertifikatlar təqdim edilib. Oyun musiqi nömrələri ilə müşayiət olunub, “Excelsior Otel Baku” otelinin HR-meneceri Kamran Rzayev rəngarəng Azərbaycan və xarici musiqili kompozisiyalar ifa edib.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, bu tədbirin keçirilməsində məqsəd qadınlar üçün bayram atmosferi təşkil etmək, onları sevindirmək və onların kollektivin ayrılmaz hissəsi olduğunu göstərməkdir.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaBank” ASC ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrinində fəal iştirak edir və bu layihələri dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti